Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə

Almaniyanın “Fortuna” klubu baş məşqçisi Fridhelm Funkellə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

66 yaşlı mütəxəssisin klubla yeni müqaviləsinin müddəti 2021-ci ilin 30 iyununa qədərdi. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında bitəcəkdi.

Funkel Düsseldorf klubunu 2016-cı ildən etibarən çalışdırır. Bundan iki il sonra o, bu komandanı əsas Bundesliqaya çıxarıb. Hazırda isə “Fortuna” 17 turdan sonra 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button