Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Fortuna” (Düsseldorf) klubu baş məşqçisi Fridhelm Funkelin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssislə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Fortuna” hazırda Bundesliqada 17 turdan sonra 14-cü sırada qərarlaşıb. 

Funkel 2016-cı ildən Düsseldorf təmsilçisini çalışdırır.