Bundesliqa klubunda yeni hücumçu

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Niderland “Sparta”sının gənc hücumçusu Raqnar Axe ilə müqavilə bağlayıb.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Almaniyanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.

Amma Axenin “Ayntraxt”a mövsümün sonunda qoşulacağı bildirilir. Məsələ burasındadır ki, gənc forvard Niderland klubunda icarə əsasında oynamağa davam edəcək.

Axe “Sparta”nın öz yetirməsidir. O, bu klubun gənclər və əsas komandalarında bütövlükdə 100-ə yaxın oyun keçirib, 33 qol vurub.