Rəsmi: Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Şalke” klubunu yeni mövsümdən çalışdıracaq baş məşqçi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilisi David Vaqnerlə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Vaqner yeni klubundakı işinə iyunda başlayacaq.

Mart ayında baş məşqçisi Domeniko Tedoskonu istefaya göndərən “Şalke” bu mövsümün sonuna kimi komandanı hollandiyalı Huub Stevensin çalışdıracağı açıqlamışdı. Sözügedən komanda mövsümün sonuna 2 tur qalmış 31 xalla 15-ci pillədə qərarlaşıb.

Vaqnerin son klubu isə İngiltərə “Haddersfild”i olub. O, 1995-1997-ci illər aralığında “Şalke”də futbolçu kimi də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button