Bundesliqa klubunda erkən ayrılıq

Almaniyanın “Şalke” klubu idman direktoru Kristian Haydellə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Haydelin mövsümün sonunda komandadan ayrılacağı bildirilib.

55 yaşlı mütəxəssis 2016-cı ildə “Maynts”dan “Şalke”yə keçmişdi.

“Şalke” Bundesliqada 23 turdan sonra 23 xalla 14-cü sırada yer alıb.