Bundesliqa klubunda ciddi itki

Almaniyanın “Köln” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Sebastyan Bornau uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı braziliyalı futbolçunun onurğasından əməliyyat olunması gözlənilir. Bu üzdən Bornaunun dəqiq nə vaxt sıraya dönəcəyi məlum deyil.

Qeyd edək ki, “Anderlext”in yetirməsi olan Bornau, 2019-cu ildən “Köln”ün uğurları üçün çalışır. Mərkəz müdafiəçisi Belçika yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button