Bundesliqa klubunda 4 illik müqavilələr

Almaniyanın “Volfsburq” klubu iki futbolçusunun müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Jozua Qilavoqi və Cerom Russilonla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Russilon 2018-ci ilin yayından, Qilavoqi isə 2016-cı ildən “Volfsburq”un formasını geyinir.