Bundesliqa klubu yeni qapıçı aldı – RƏSMİ

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Kayzerslautern”in qapıçısı Lennart Qrilli transfer edib.

Bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı qolkiperlə 2024-cü ilin iyun ayına kimi müqavilə imzalanıb. Müqavilə cari mövsüm başa çatandan sonra qüvvəyə minəcək.

Qrill “Kayzerslautern”in öz yetirməsidi. 21 yaşlı qolkiper həm də Almaniyanın gənclərdən ibarət yığmasının üzvüdü.