Bundesliqa klubu milli üzvünü Almaniyaya qaytardı

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Almaniya millisinin yarımmüdafiəçisi Mario Götzeni heyətinə qatıb.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Təcrübəli vingerin yeni klubunda illik qazancının 4 milyon avro olacağı bildirilir.

Xatırladaq ki, Mario Götze son iki mövsümü Niderland PSV-sində keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button