Bundesliqa klubu “Dinamo”nun baş məşqçisini istəyir

Almaniyanın “Herta” klubu hazırda Rusiya “Dinamo”suna rəhbərlik edən Sandro Şvartsı baş məşqçi postuna dəvət edə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin təmsilçisinin Bundesliqada işləri yaxşı getmir, bu üzdən, klub rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb.

Şvarts 2020-ci ilin oktyabrından Moskva klubunda çalışır. O, 2021-ci ilin dekabrında “Dinamo” ilə müqaviləsini 2023/24 mövsümünün sonuna qədər uzadıb.

“Dinamo” hazırda 52 xalla Rusiya Premyer Liqasında 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button