“Buna görə çox əsəbiyəm” – Zidan

İspaniya La Liqasının son turunda səfərdə “Rayo Valyekano”ya 0:1 hesabı ilə məğlub olan “Real”ın baş məşqçisi Zinəddin Zidan matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, futbolçularını tənqid edib:

“Bu oyunda planlarımızın heç birini həyata keçirə bilmədik. Bəzən yaxşı oynasaz da, epizodları qola çevirə bilməzsiz. Amma biz bu oyunda heç nə etmədik. Buna görə çox əsəbiyəm. Bu şəkildə oynayaraq heç bir şey əldə edə bilməzsiz. Bu mövsümün ən tez şəkildə bitməsini istəyirəm, amma hələ üç oyunumuz var. Belə oynayaraq, bitirə bilmərik. Futbolçularımı hər zaman qorumuşam və qoruyacam, amma bu gün bunu etməyəcəm. Onlara dediklərim paltardəyişmə otağında qalacaq”.