Buffon Maldinini geridə qoydu

İtaliya A Seriyasının 6-cı turunda “Yuventus”un SPAL-a 2:0 hesabı ilə qalib gəldiyi oyun Canluici Buffon üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu oyunda iştirak edən “qoca sinyora”nın qapıçısı klub səviyyəsində 903-cü oyununu keçirib. Bu nəticə ilə o, klub səviyyəsində ən çox oyun keçirən italiyalı futbolçu olub.

Əvvəlki rekord isə bütün karyerası ərzində sadəcə “Milan”da çıxış edən və 902 oyun keçirən Paolo Maldiniyə məxsus idi.

41 yaşlı qapıçı “Parma”da 220, “Yuventus”da 658, PSJ-də isə 25 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button