Buffon karyerasına 1 illik fasilə verir?

Futbol üzrə İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon karyerasına 1 illik fasilə verə bilər.

Komanda.az xəbər verir ki, belə bir iddianı goal.com nəşri ortaya atıb.

Buffon daha bir mövsüm yüksək iddialı klublardan birində forma geyinmək arzusundadı. Lakin o, belə bir klub tapa bilməsə, qarşıdakı mövsümü buraxa da bilər.

Canluici onu da bəyan edib ki, PSJ ona daha 1 illik müqavilə təklif edibmiş. Sadəcə o, ehtiyatda qalmaq istəmədiyinə görə Paris təmsilçisindən getməyə qərar verib.