“Bu, yüklənmədən irəli gəlirdi” – Sezar Meza Kolli

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyunda fərqlənən və zədələndiyi üçün fasilədə əvəzlənən paraqvaylı yarımmüdafiəçi bunları söyləyib:

“İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər kömək edə biləcəyəm.

Birinci hissədən sonra arxa əzələmdə ağrı hiss etdim. Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edirəm. Növbəti oyun üçün çalışıram”.

Sezar Meza Kolli “Neftçi”yə cari mövsümün əvvəlində “Keşlə”dən transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button