“Real”dan ayrıldığım üçün peşman deyiləm” – Zidan

Bu yay “Real”dan “Rasinq” klubuna icarəyə verilən Luka Zidan açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan 21 yaşlı qapıçı, Madrid təmsilçisindən ayrıldığı üçün peşman olmadığını deyib:

“Real”dan ayrıldığım üçün peşman deyiləm. Bu, mənim üçün vacib addım idi. Oynayıb, özümü sübut etmək istəyirdim. Qarşıdakı illərdə nələr olacağını bilmirəm.

İnsanlara maraqlı olduğu üçün “Real” haqda suallar verirlər. Ancaq heç birinə cavab vermək istəmirəm”.

“Real”ın yetirməsi olan Zidan, bu yay Sequnda təmsilçisi “Rasinq”ə 1 illik icarəyə verilib. Qapıçı “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın oğludur.

Luka bu mövsüm Sequndada 9 oyuna çıxıb və 10 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button