4 milyon avro üçün 15-dən artıq qol vurmalıdır!

Bu yay İtaliyanın “Breşiya” klubuna keçən Mario Balotellinin müqaviləsinin detalları bəlli olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun hazırkı məvacibi illik 1 milyon avrodur. Balotelli, bu mövsüm 15 qol səddini keçsə, illik məvacibi 4 milyon avroya qədər yüksələcək.

Bu mövsüm A Seriyasında iki oyuna çıxan Balotelli 1 qolla yadda qalıb.