“Bu vəziyyət mənim üçün sürpriz olmadı” – Rakitiç

“Barselona”nın futbolçusu İvan Rakitiç koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvat futbolçu, karantin vəziyyəti ilə bağlı bunları deyib:

“Düşünürəm ki, hazırda komanda yoldaşlarımla birlikdə olduğundan daha çox məşq edirəm. Evimdə idman salonu var və həyat yoldaşım da idmanla maraqlanır. Hər gün məşq edirik. Bununla formamı saxlamağa çalışıram. Komandanın məşqçisi Antonio Gomeslə əlaqə saxlayıram, o, bizə məşq proqramı göndərib.

Bu vəziyyət mənim üçün sürpriz olmadı. Çempionlar Liqasında “Napoli” ilə keçirdiyimiz oyundan bəri (1:1) özümü bu situasiya üçün hazırlayıram. Həmin vaxt həkimə vəziyyətin daha da pisləşəcəyini demişdim”.