“Həyatım boyunca özümə bunu demişəm” – Haland

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, karyerasından və inkişafından danışıb:

“Hər zaman özümə “məqsədim dünyanın ən yaxşı, peşəkar futbolçularından biri olmaqdır” deyirdim. Həyatım boyunca özümə bunu demişəm. Gənc, yaxşı futbolçu olduğumu bilirəm. Amma bu, uzun bir yoldur. “Zalsburq”da çıxış edərkən, daha çox qol vurmağa başladım, amma realist olmalıyıq. Kilian Mbappe PSJ-nin heyətində qollar vurur və rekord qırır. Ona baxanda, futbolda həmişə daha yüksək səviyyəyə çatmağın mümkün olduğunu bilirəm. Hər zaman özümə yüksək hədəf müəyyənləşdirmişəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button