“Bu stadionda oynamağı səbirsizliklə gözləyirəm” – İkardi

İtaliyanın “İnter” klubundan PSJ-yə transfer olunan Mauro İkardi açıqlama verib.

Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu, transferi və yeni klubu ilə bağlı bunları deyib:

“PSJ-yə mənə göstərdikləri inama görə təşəkkür etmək istəyirəm. Yeni komandamın bütün turnirlərdə mümkün qədər irəliləməsi üçün əlimdən gələn hər şeyi edəcəm. PSJ futbolda beynəlxalq gücə çevrildi, son illərdə dünyanın ən güclü futbolçularının bir neçəsini transfer etdi. Hazırda klub güclənmək yolundadır, böyük hədəfləri var və əminəm ki, daha çox nəticə əldə etməyimiz üçün burda hər şey var. Bu stadionda oynamağı səbirsizliklə gözləyirəm”.