“Bu səhvin məsuliyyətini komanda olaraq birlikdə öz üzərimizə götürməliyik”

İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda “Liverpul”a 0:2 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məğlubiyyəti şərh edən Lempard, ikinci qolda kobud səhvə yol verən qapıçı Kepa Arrisabalaqa barədə də danışıb:

“Müdafiədəki oyunumuzdan razı qaldım. Topa daha çox sahib olmaq istədik. Timo Vernerin bir neçə epizodu oldu, amma bundan yararlana bilmədik. Üç xal itirdiyimiz üçün məyusam, amma bir çox nüansda “Brayton”la oyunda (3:1) olduğundan daha çox məmnunam. Hər iki hissədə yarımmüdafiəçilərin meydanda əllərindən gələni etdiklərini gördüm. Meydanda olan futbolçuların hər biri komanda ruhu göstərdi.

Mənim işim Kepaya güvən verməkdir. Hər qapıçının işi gördüyü inama bağlıdır. O, öz səhvini qəbul etdi. Bu səhvin məsuliyyətini komanda olaraq birlikdə öz üzərimizə götürməliyik. Kepa çalışmağa davam etməli və bizdən dəstək almalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button