“Bu səbəbdən A Seriyasının qalibi olmaq hər il daha da çətinləşir” – Sarri

İtaliya A Seriyasının 36-cı turu çərçivəsində “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirən “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az xəbər verir ki, Sarri, “qoca sinyora”nın ardıcıl 9-cu çempionluğu ilə bağlı bunları deyib:

“Təbii ki, yaşadığımız çox xüsusi bir hissdir. Bu çempionluq daha zövqlü, fərqli və daha çətin oldu. Qalib gəlmək çətin idi, komanda uzun illərdir çempion olur. Bu səbəbdən A Seriyasının qalibi olmaq hər il daha da çətinləşir. Yorucu, stressli il, uzun çempionat oldu. Uzun müddət qalib gəldikdən sonra motivasiya qazanmaq asan olmur. Bu illərdə klubda hər şey sabit qaldı, prezident bizə yaxın idi, xüsusilə, çətin anlarda yanımızda oldu. Onlar uzun illərdir çempionatda qazanılanlarda böyük pay sahibi olub, məğlub olsaq belə, bizi dəstəkləyirlər. Hazırda bu qələbənin həzzini yaşamaq istəyirik. Daha sonra Çempionlar Liqası haqqında düşünəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button