Haland “Mançester Yunayted”in təklifinə niyə “yox” deyib?

Bir müddət əvvəl “Zalsburq”dan “Borussiya”ya (Dortmund) transfer olunan Erlinq Haland “Mançester Yunayted”lə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu, yüksək məvacib tələbini qarşılamadığı üçün “qırmızı şeytanlar”ın təklifindən imtina etməsi ilə bağlı iddialara cavab verib:

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer mənim üçün çox vacib insandır. Bu səviyyəyə çatmağımı ona borcluyam. Amma transfer zamanı “Borussiya”nın mənim üçün ideal seçim olduğuna qərar verdim. Buna görə də, bu klubu seçdim.

Məvacib üçün ora getmədiyimlə bağlı xəbərlərə gəlincə, kaş bunu yazanlar əvvəl məndən səbəbi soruşsaydılar. Bu insanlar yanıma gəlsə, onlara bütün səbəbləri aydın izah edərəm. Motivasiyam pulla bağlı deyil”.