“Bu qədər çox oyun keçirə bildiyim üçün qürur duyuram” – Nazarov 

“Erzgebirge”də çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisiDmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 34-cü turunda “Verder”lə (Bremen) oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az “Tag24″ə istinadən xəbər verir ki, bu görüşdə 2-ci Bundesliqada 250-ci oyununa çıxacaq 32 yaşlı futbolçu, yubiley matçını “Verder”ə qarşı keçirəcəyi üçün sevindiyini deyib:

“Verder” elitaya yüksəlmək istəyir. Onlar bu uğurla ötən mövsüm Bundesliqadan 2-ci liqaya düşməyi unutmağı hədəfləyirlər. Amma bu, bizi maraqlandırmır. Yubileyimi turnirin ən yaxşı komandalarında birinə qarşı keçirmək məni sevindirir. Avropanın ən güclü ikinci divizionunda bu qədər çox oyun keçirə bildiyim üçün qürur duyuram”. 

Bu gün keçiriləcək “Erzgebirge” – “Verder” matçı Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. “Verder” hazırda 57 xalla “Hamburq”, “Darmştadt”la birgə 2-4-cü pillələri bölüşdürür. “Erzgebirge” isə 23 xalla 18 komanda arasında 17-cidir. Aue təmsilçisinin 2-ci Bundesliqanı tərk edəcəyi dəqiqləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button