“Bu qələbəni çoxdan gözləyirdim” – “Sabah”ın məşqçisi

“Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Hüseynov, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandır bunu gözləyirdim.
  • Sanki bu qələbənin memarı Ramin Quliyev idi.
  • Hazırlıq planı həftənin əvvəlində Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq.
  • Protokolda baş məşqçi siz göstərilsəz də, kənarda oyunu idarə edən İqor Ponomaryov idi.
  • Ponomaryov klubun idman direktorudur. O, komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burda hamı bir yerdə çalışır.

Şahin Cəfərov