“Bu oyunda etdiyimiz səhvlərin əvəzini ödədik” – Konte

İtaliya A Seriyasının 2-ci turu çərçivəsində “Fiorentina”ya 4:3 hesabı ilə qalib gələn “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qələbəylə bağlı fikirlərini bölüşən Konte, “neradzurra”dan ayrılacağı deyilən Kristian Eriksen haqda da danışıb:

“Bu oyundan üç xalla ayrılmaq çox vacib idi. Oyunumuzdakı müsbət məqam odur ki, dörd qol vurduq və bir çox şans yaratdıq. “Fiorentina” üçün problemlər yaratdıq, amma rəqibin hücumlarına qarşı kifayət qədər köklənə bilmədik. Bu oyunda etdiyimiz səhvlərin əvəzini ödədik. Ümumilikdə yaxşı oyun oldu. Komanda olaraq keyfiyyətlərimizi bilirik və bunları ortaya çıxarmağa çalışırıq.

Eriksenlə də digər futbolçular kimi çalışırıq, hamısını ən yaxşı vəziyyətə gətirmək istəyirik. O, bura ilk gəldiyi gündən bəri inkişaf edib. Kristian komanda üçün çox çalışır”.