“Bu oyunda çox ciddi dərs aldıq” – Lempard

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Bavariya”ya 0:3 hesabıyla məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, böyükhesablı məğlubiyyəti belə şərh edib:

“Bavariya”nın səviyyəsi möhtəşəm idi. Ən yaxşı səviyyədə oyun göstərsək belə, çətin matç olacaqdı. İstənilən halda, mükəmməl şəkildə oynamadıq və topla əmin davranmırdıq. Bu, oyunun əvvəlindən sonuna qədər ən çox təəssüfləndiyim məqam oldu. Bu oyunda çox ciddi dərs aldıq. “Bavariya”nın heyətində yüksək səviyyəli və uzun müddətdir komandada çıxış edən futbolçular var. Rəqibdə hörmət etməyimiz lazım olan çox nüans var idi. Nəticəyə baxmayaraq, məğlubiyyətdəki müsbət məqamları görmək lazımdır. Futbolçularımızın çoxu Avropa Liqasında çıxış edib, bu turnirdə təcrübələri yoxdur. Cavab oyununda qürurla oynamalı və nələr edə biləcəyimizi göstərməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button