“Bu oyun üçün hansısa açıqlamam yoxdur” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 11-ci turu çərçivəsində doğma meydanda “Alaves”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Bu oyun üçün hansısa açıqlamam yoxdur. Oyuna çox pis başladıq. Qısa müddətdə rəqib qol vurdu və biz oyuna qayıda bilmədik. Ümumilikdə yaxşı oyun göstərdik, amma üç gündən bir oyun keçirmək çətindir. Çalışmağa davam etməli, oyun dinamikamızı dəyişdirməliyik. Zədələrlə bağlı problem yaşayırıq, amma bunu bəhanə etməyəcəyik. Bu gecəni unutmalı və növbəti oyuna köklənməliyik. Baş verənlərdə məsuliyyəti mən daşıyıram və həll yolu tapmaq da mənim vəzifəmdir”.