“Düşünürəm ki, bu dəfə ən yaxşı oyunumuzu göstərəcəyik” – Klopp

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Zalsburq”la qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, oyunun həlledici olduğunu bildirib:

“Düşünürəm ki, bu dəfə ən yaxşı oyunumuzu göstərəcəyik. Bizimlə oyun rəqib üçün finala bərabər matç olacaq. Hər kəs bunun həlledici oyun olduğunu başa düşür və buna hazırıq. Meydan sahiblərini yalnız qələbə məmnun edəcək. Amma bizim də öz iddialarımız var və aza qane olmaq fikrində deyilik. “Zalsburq”la ilk oyunda (4:3) çox yaxşı başlamışdıq, amma sonra qollar buraxdıq. Bu oyun bizim üçün mövsümün ən vacib qarşılaşmasıdır. Pley-off mərhələsində iştirak etməyə layiq olduğumuzu sübut etməliyik”.

“Zalsburq” – “Liverpul” oyunu bu gün, saat 21:55-də start götürəcək.