“Bu, onun gözəl hekayəsindəki qaranlıq bölümdür” – Rivaldo

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo həbsdə olan Ronaldinyo ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Ronaldinyo ilə bağlı bunları deyib:

“Həbs olundupğundan bəri Ronaldinyo ilə danışmamışam, amma onun haqqında olan xəbərləri böyük təəssüf hissi ilə izlədim. Bu, onun gözəl hekayəsindəki qaranlıq bölümdür.

Ronaldinyo şən və hər kəsi sevən insandır. Pasport məsələsinin necə olduğunu başa düşmək çətindir. Onun üçün narahatam və ümid edirəm ki, Ronaldinyo bu vəziyyətdə daha da güclü olacaq”.

Ronaldinyo bir müddət əvvəl saxta pasportdan istifadə etdiyi üçün həbs olunmuşdu.