“Bu nəticənin məsuliyyəti mənə aiddir” – Klopp

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Bernli”yə 0:1 hesabı ilə məğlub olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb:

“Xal itirməyimiz mümkünsüz görünən oyunda məğlub olduq. Bu, mənim səhvimdir. Futbolçuların özgüvənli olmalarını təmin etmək mənim işimdir. Çoxlu fürsətlər yaratdıq, amma bunlardan yararlana bilmədik. Bu nəticənin məsuliyyəti mənə aiddir. Peşman olmaq üçün vaxtımız yoxdur. Növbəti oyunlara köklənməliyik. Çox çalışmağa məcburuq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button