“Bu nəticəni qəbul etmək çətindir, çünki…” – “Çelsi”nin futbolçusu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Valensiya”ya 0:1 hesabı ilə məğlub olan “Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, məğlubiyyəti belə şərh edib:

“Bu nəticəni qəbul etmək çətindir, çünki yaxşı qol vəziyyətlərimiz oldu və oyuna nəzarət etdik. Bu, Çempionlar Liqasıdır və burda hər şey ən kiçik detallarla həll olunur. Rəqib qol vurdu, biz isə öz şanslarımızdan istifadə edə bilmədik.

Gənc komandamız var, amma buna baxmayaraq, nəticə göstərməliyik. Bu oyun komanda olaraq öyrənməli olduğumuz dərsdir. Qarşıda hələ 5 oyun var və bu qarşılaşmalarda ən yaxşısını etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button