“Bu nəticə onların peşəkarlığı ilə bağlıdır” – Solari

İspaniya La Liqasının son turunda “Valyadolid”ə 4:1 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Santyaqo Solari, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  42 yaşlı mütəxəssis, oyundan razı qaldığını deyib:

“Bu həftə hamımız üçün çətin oldu. Oyunun ilk 25 dəqiqəsində problemlər yaşadıq. Amma futbolçular bu çətinliyin öhdəsindən gələ biləcəklərini göstərdilər. Bu nəticə onların peşəkarlığı ilə bağlıdır. Çətin rəqibi, turnir cədvəlindəki vəziyyətimizi və son vaxtlardakı çıxışımızı nəzərə alsaq, bu nəticə ilə razıyam və qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button