“DÇ-2018-də yaşadıqlarımızı nəzərə alsaq, bu, fantastik nəticədir”

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Yunanıstana 2:0 hesabıyla qalib gələn İtaliya milli komandasının yarımmüdafiəçisi Jorjinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, ilk qolun müəllifi olan futbolçu, millinin turnirin final mərhələsinə vəsiqə qazanması haqqında danışıb:

“DÇ-2018-də yaşadıqlarımızı nəzərə alsaq, bu, fantastik nəticədir. Bu uğura layiq idik və hazırda çox xoşbəxtik. Bu nəticəyə nail olmaq üçün çox mübarizə apardıq. Cərimə zərbələri üzərində çox məşq edirəm və qol vurduğum üçün sevinirəm. Amma komandanın qələbəsi üçün daha çox xoşbəxtəm.

Bu gün azarkeşlərimiz möhtəşəm idi. İnanıram ki, növbəti ilin iyununda hər şey daha yaxşı olacaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik, çünki belə bir atmosferdə oynamaq möhtəşəm hissdir”.