“Messi dünyanın ən yaxşı futbolçusudur və “qızıl top”a layiqdir” – Van Dayk

Çempionlar Liqasının final oyununda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul”un müdafiəçisi Vircil Van Dayk matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçisi Yurgen Klopp haqqında danışan hollandiyalı futbolçu, onunla işlədiyi üçün xoşbəxt olduğunu deyib:

“Oyun ərzində çox qol epizodu yarada bilmədik. “Tottenhem” təhlükəli rəqibdir və onlarla qarşılaşmada zehni olaraq güclü olmalı idik. Biz də bunu bacardıq və Çempion Liqasının qalibi olduq.

Klopp möhtəşəm bir baş məşqçidir. Bizdən nələr ala biləcəyini çox yaxşı bilir. Meydandan kənarda da çox vacib işlər görür. Onunla birlikdə işlədiyim üçün çox xoşbəxtəm”.

“Qızıl top” mükafatı haqqında danışan 27 yaşlı futbolçu, Çempionlar Liqasının final oyununda iştirak etməməsinə baxmayaraq, “Barselona”nın hücumçusu Lionel Messini bu mükafata layiq gördüyünü bildirib:

“Məncə, Messi dünyanın ən yaxşı futbolçusudur və “qızıl top”a layiqdir. Bu mükafatı mənə versələr, alaram, amma düşünürəm ki, bunu Messi qazanmalıdır. Final oyununda olub-olmamasının fərqi yoxdur, o, dünyanın ən yaxşısıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button