La Liqanı tərk edən klub baş məşqçisini göndərdi

Bu mövsüm İspaniya La Liqasını tərk edən “Jirona” baş məşqçisi Eusebio Sakristanla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sakristanın müddəti başa çatan müqaviləsi yenilənməyib.

“Jirona” bu mövsüm La Liqanı 37 xalla 18-ci sırada bitirib. Klub növbəti mövsüm İspaniya Sequndasında çıxış edəcək.