“Bu, “Mançester Yunayted” formasıyla keçirdiyim ən pis oyun idi”

“Mançester Yunayted”in sabiq futbolçusu Nemanya Vidiç “Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, serbiyalı keçmiş futbolçu, Aqueroya qarşı oynamağın çətin olduğunu bildirib:

“Aquero meydanda olarkən, oyunla maraqlanmadığını düşünürsüz. Amma bir anda qol vurur və məsələni həll edir. O, topun hara gedəcəyini yaxşı bilir. Üstəlik, bu futbolçu istiqamətini çox yaxşı dəyişdirə bilir. Bu xüsusiyyət ingilis müdafiəçilərə qarşı oyunda ona çox kömək edir”.

Sabiq müdafiəçi, karyerasındakı ən pis oyunu da məhz Aqueroya qarşı keçirdiyini deyib:

“David Moyesin baş məşqçiliyi dövründə “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olduğumuz matçda Aqueroya qarşı oynamışdım. Bu, “Mançester Yunayted” formasıyla keçirdiyim ən pis matç idi”.

Vidiç 2006-2014-cü illər aralığında “qırmızı şeytanlar”ın şərəfini qoruyub.