“Norviç”ə hörmət edirik, amma…” – “Liverpul”un futbolçusu

İngiltərə Premyer Liqasının ilk turunda “Norviç”ə 4:1 hesabı ilə qalib gələn “Liverpul”un futbolçusu Divok Origi matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın 4-cü qolunun müəllifi olan belçikalı futbolçu, bunları deyib:

“Norviç”ə hörmət edirik, amma ilk hissədə 4 qol vurmağımız bizim üçün böyük stimul oldu. Bu, “Mançester Siti”ylə keçirdiyimiz superkubok oyunundan sonra çox vacib idi. Yaxşı nəticə qazandıq. İlk matçda 4:1 hesablı qələbə bizə müsbət təsir göstərəcək. “Norviç” çox yaxşı komandadır, istedadlı futbolçuları var. Onlar cəsarətli futbol oynayırlar.

“Enfild Roud”a qayıtmaq gözəl hissdir. Stadionda möhtəşəm atmosfer vardı və bu, oyunumuza kömək etdi. Qol vurduğum və komandama kömək etdiyim üçün xoşbəxtəm”.

İngiltərə superkuboku matçında “Mançester Siti” ilə əsas və əlavə vaxtda 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul”, penaltilər seriyasında məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button