“İndi evə gedib, bir az dəniz kənarında istirahət edəcəm” – Alleqri

“Yuventus”un yollarını ayırdığını açıqladığı baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, ayrılığı ilə bağlı bunları deyib:

“Hazırkı “Yuventus”u yaratmağım 5 il çəkdi, amma indi hər şey bitdi. Bu, mənim üçün 5 illik gözəl bir sevgi idi. İndi evə gedib, bir az dəniz kənarında istirahət edəcəm”.

“Qoca sinyora”nın “sükanı arxasına” gətiriləcək mütəxəssislə bağlı suala Alleqri belə cavab verib:

“Yerimə kimin gələcəyini bilmirəm, amma “Yuventus” möhtəşəm bir baş məşqçi seçəcək. Çünki “Yuventus” möhtəşəm bir klubdur”.

2014-cü ildən Turin təmilçisini çalışdıran italiyalı mütəxəssis, bu müddət ərzində 5 dəfə A Seriyası çempionluğu, 4 dəfə İtaliya kuboku, 1 dəfə isə superkubok qazanıb, iki dəfə Çempionlar Liqasının final matçına vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button