“Bu məğlubiyyəti həzm etmək vaxt alacaq” – Messi

Amerika kubokunun ilk turunda Kolumbiyaya məğlub olan Argentina millisinin üzvü Lionel Messi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi 0:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Ən yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məğlubiyyətlə başlamaq asan deyil. Ağlamağa davam etsək, Paraqvay ilə oyuna da hazır ola bilməyəcəyik.

Artıq sabahı düşünməliyik. Amerika kubokunda yaxşı şansımız var. Bu məğlubiyyəti həzm etmək vaxt alacaq, ancaq olduqca tez bir zamanda həll etməliyik. Addım-addım irəliləməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button