“Bu məsələdən ciddi nəticə çıxacağını gözləmirəm” – Türkiyə prezidenti

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan UEFA-nın ölkənin futbol üzrə yığma komandasına qarşı intizam işi açması ilə bağlı məsələyə münasibət bildirib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə prezidenti, ali futbol qurumunun əsgər salamına görə belə addım atmasını müsbət qarşılamadığını bildirib:

“Heç vaxt belə şey olmayıb. Bu məsələdən ciddi nəticə çıxacağını gözləmirəm. Ancaq qınaya bilərlər. Bu nöqtəyə gələn komandaya qarşı başqa mənfi münasibət olmayacaq”.

Türkiyə yığmasının futbolçuları AÇ-2020-nin seçmə mərhələsində Fransa millisi ilə 1:1 hesabıyla bitən oyunda qol vurduqdan sonra tribunaya tərəf gedərək, “Barış Pınarı Hərəkatı”na dəstək məqsədiylə əsgər salamı göstəriblər.