“Mançester Siti”nin üzr istəməsinə ehtiyac yoxdur”

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “şəhərlilər”in iki illik avrokubok qadağasının ləğv edilməsi barədə danışan ispan mütəxəssis, bunları deyib:

“Bu məsələ ilə bağlı “Mançester Siti”nin üzr istəməsinə ehtiyac yoxdur.

Yaxşı baş məşqçiyəm, amma futbolçularım olmadan nəsə qazana bilməyəcəyimi qəbul edə bilirəm. Mənim kimi məşqçi yaxşı futbolçular olmasa, əsla kifayət qədər yaxşı səviyyədə ola bilməz.

Bütün klublar transferlərə çox pul xərcləyir. Premyer Liqadakı bütün komandalar çempion olmaq üçün çox pul xərcləyib. Əlbəttə, səhvlərimiz olur, klub prezidentinin və sahiblərin istədiyi qədər transferlərə pul xərcləyə bilirik. Amma vacib olan feyr-pley qaydalarına görə xərcləməkdir”.