“Kapitan olmaq mənə yaxşı təsir edir”

“Mançester Siti”nin futbolçusu Fernandinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu, “şəhərlilər”in kapitanı olmaqdan qürur duyduğunu bildirib:

“Kapitan olmaq mənə yaxşı təsir edir. Bu, mənim üçün böyük şərəfdir, qürur duyuram. Bura gələndən bəri hər kəsə böyük hörmət edirəm. Meydandan kənarda da əlimdən gələni etməyə çalışıram. Məni çox yaxşı tanıyırlar, hamımız bir məqsəd üçün burdayıq. Uzun müddətdir klubda olan və komandanın necə çalışdığını görən futbolçular var. Onların hamısı kapitan ola bilər, indi daha çox şey başa düşürlər”.