“Bu, mənim üçün böyük fürsətdir” – “Roma”nın yeni transferi

İngiltərənin “Çelsi” klubundan “Roma”ya transfer olunan Davide Zappakosta açıqlama verib.

Komanda.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, “canavarlar”a transferi haqqında danışıb:

“Düşünürəm ki, İngiltərədə keçirdiyim son 2 ildə bir insan kimi çox inkişaf etdim. Məncə, daha güclü bir xakarterə malikəm, çünki fərqli yer, mədəniyyət, dil və həyat tərzi ilə qarşılaşırdım. Asan deyildi, amma bu, bir insan və futbolçu kimi inkişaf etməyimə imkan verən müsbət bir təcrübə oldu. Bura gəlmək şansımın olduğunu biləndə, dərhal razılıq verdim. Çünki bu, mənim üçün böyük fürsətdir. Artıq bu klub üçün əlimdən gələn hər şeyi etmək istəyirəm”.