Əvvəlcə dilənçi, sonra məşhur futbolçu – FOTO

Fransa millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra uşaqlığı ilə bağlı xatirələrini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Evra, uşaqlıq illərinin çox çətin keçdiyini söyləyib:

“Narkotik ticarəti, supermarketin yanında dilənçilik, televizorların satışı… Bunlardan sadəcə biri yalandır. Mən heç vaxt televizor satmamışam. Qalanı doğrudur.

Mənim 13 yaşım var idi, bəzən gecələr zibil yeşiklərinin içinə girib, soyuq burgerləri götürüb yeyirdim. Atam ailəmizi tərk edəndən sonra hər şey xaosa bənzəməyə başladı. Futbol məni xilas etdi. Mən İtaliyaya 17 yaşım olanda gəlmişəm. Yadımdadır, gələndə bizə yemək verdilər. Sonra otağıma keçib idman paltarında oturub anama zəng etdim: “Ana, bura cənnət kimidir. İnsanlar bizə yemək verirlər, bir tərəfdə iki çəngəl, digər tərəfdə iki bıçaq”. Bu, mənim həyatımdakı ən yaxşı xatirəmdir”.

40 yaşlı Evra karyerası ərzində “Marsel”, “Mançester Yunayted”, “Yuventus”, “Monako” kimi klublarda forma geyinib.