“Bunları heç vaxt unutmayacam” – “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çembeyleyn klubla müqaviləni uzatması ilə bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızılar”la yeni müqavilə bağlayan 26 yaşlı futbolçu, bunun xəyalı olduğunu bildirib:

“Çox xoşbəxtəm, klubla müqaviləmin müddətini uzatmaq xoşdur. Zədə səbəbilə bir ilimi itirmiş kimi hiss edirəm. Müqavilənin uzadılmasını bir il əvvələ geri qayıtmaq və itirilmiş vaxtı bərpa etmək üçün fürsət hesab edirəm. Burda keçirdiyim ilk ilimdə uyğunlaşmada çətinlik çəkdim, amma sonra hər şey möhtəşəm davam etdi. Göstərdiyim oyundan həzz aldım və komanda üçün əlimdən gələni etdim.

Çempionlar Liqasındakı qələbə möhtəşəm idi. Düşünürəm ki, bizim uğurlu komandamız var. Burda hər kəs bir-birinə hörmət edir. Bu komandanın bir hissəsi olmaq çox gözəldir. Belə bir klubla müqaviləni uzatmaq xəyaldır. Hər gün “Liverpul”da oynamaq şansın olmur. Daha da irəliləmək, daha uğurlu olmaq və kuboklar qazanmağa davam etmək bizim əsas planımızdır.

Zədəli olduğum müddətdə klubdakı hər kəsdən böyük dəstək gördüm. Komanda yoldaşlarımın “sənə ehtiyacımız var” deməsi adi bir şey kimi görünsə də, məni irəliləməyə vadar etdi. Ən əsası da, azarkeşlər. Bu müddətdə onlardan aldığım dəstəyə heyran oldum. Bunları heç vaxt unutmayacam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button