“Mövsümün sonunda cədvələ baxmaq kifayət edəcək” – Van Dayk

İngiltərə Premyer Liqasının növbəti turunda “Sauthempton”la qarşılaşacaq “Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu oyun haqqında danışan niderlandlı futbolçu, “Liverpul”dakı karyerası ilə bağlı da fikirlərini bildirib:

“Rəqib hörmətə layiq komandadır. Oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin güclü və zəif tərəflərini bilirəm. Mümkün olduğu qədər yaxşı hazırlaşmağa çalışırıq, amma bəzən oyuna yüz faiz hazır olmaq mümkün olmur. Bu rəqibə və hücumçularına qarşı dəfələrlə oynamışıq.

“Liverpul”a transferim pis qərar deyildi. Hazırda 28 yaşım var və hər xəyalımı gerçəkləşdirmək istəyirəm. Həyat qısa ola bilər, karyeram da həmçinin. Buna görə də, oynadığım oyunun hər dəqiqəsindən zövq almağa çalışıram. Bu komanda və bu baş məşqçiylə oynamaqdan məmnunam. Gələcəyi çox düşünə bilmərik, amma hazırda burda olmaqdan zövq alıram.

Çempionata gəlincə, hazırda turnir cədvəlinə baxmıram. Mövsümün sonunda cədvələ baxmaq kifayət edəcək”.

“Liverpul” – “Sauthempton” oyunu fevralın 1-də, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button