“Bir neçə gün ərzində göydələn tikə bilmərik” – Konte

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte növbəti mövsüm üçün qarşıya qoyulan hədəflərdən danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “neradzurra”nı yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün çalışdığını deyib:

“Məqsədimiz yenidən rəqabət apara bilməkdir. Bilirik ki, İtaliyada çox güclü bazaya malik bir klub var, bu, “Yuventus”dur. Buna baxmayaraq, “İnter”in böyük tarixi və klub ənənələri var. Bu klubu layiq olduğu yerə qaytarmaq bizim məsuliyyətimizdədir. Bunun üçün bizə vaxt lazım olacaq, bir neçə gün ərzində göydələn tikə bilmərik. Artıq öz işimizə başlamışıq və yenidən mübarizə aparmaq istəyirik.

Yeni baş məşqçi komandaya yeni iş metodları və baxış gətirir. İtaliyadakı yeni baş məşqçilərin futbolçulara fikirlərini çatdırmaq üçün nə qədər zaman ayıracaqlarını görmək maraqlıdır. Komanda üçün ən vacib məsələ bunları mümkün qədər tez öyrənməkdir.

Ümid edirəm ki, “İnter” bu il hər kəsi təəccübləndirə biləcək. Futbolçuların yeni mövsüm üçün hazırlıqlarına heyranam. Bu, uğurlarımızı qura biləcəyimiz möhkəm təməldir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button