“Bu, hər kəs üçün çətin qərar olacaq” – Simeone

İspaniya La Liqasının növbəti turunda “Valyadolid”i qəbul edəcək “Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, La Liqadakı çempionluq yarışı haqqında danışıb:

“Real” və “Barselona”nın olduğu bir çempionatda rəqabət aparırıq. Hər mövsüm La Liqanı qazanmağa daha yaxın olmaq üçün çalışdıq. Bu il də bunu davam etdirdik. Hər zaman hardan gəldiyimizi, hara getdiyimizi düşünürük. Son 7 ildə liderlik üçün oynamışıq.

Bundan sonra da “Real” və “Barselona”nın uğursuz mövsüm keçirmələrini gözləməyə davam edəcəyik. Amma eyni anda ikisinin də uğursuz olması çox çətindir”.

48 yaşlı mütəxəssis, cari mövsümün sonunda komandadan ayrılacağı deyilən Filipe Luis, Dieqo Qodin və Xuanfran haqqında da danışıb:

“Bu, hər kəs üçün çətin qərar olacaq. Bu futbolçular klub üçün illərlə ruhlarını verdilər. Mövsümün sonunda hər bir futbolçu və komanda üçün ən yaxşı variantı seçəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button