2-ci duel

Bu həftə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə” “Səbail”lə üz-üzə gələcək.

Komanda.az “Zirə”nin “facebook” səhifəsinə istinadən xəbər verir ki, “qartallar” ilk görüşünü dekabrın 15-də, səfərdə keçirəcək. Bu, “Zirə”nin 2019-cu ildəki son səfər matçı olacaq. Dörd gün sonra isə ilin son oyununda qüvvəsini sınayacaq “Zirə” “Səbail”i qəbul edəcək.

Komandalar ölkə kuboku tarixində ikinci duelə çıxacaqlar. İki oyundan ibarət olan ilk belə mübarizə ötən mövsüm yaşanıb. Bir il əvvəl də “Zirə” və “Səbail” 1/4 finalda rəqib olub.

Qəsəbə klubu evdə keçirdiyi ilk oyunda 1:0 hesabı ilə qələbə qazanıb. İlkin Muradovun qol vurduğu görüşdə “Zirə”nin məğlubiyyətsizlik seriyası başlayıb. “Səbail”lə cavab matçında da 3:2 hesabı ilə qalib gələn “qartallar” artıq 5 kubok oyunudur məğlub olmur. Bu müddətdə 3 qələbə qazanan komanda 2 heç-heçə edib.

Bu rəqiblə hər iki kubok matçında qalib gələn “Zirə”, top fərqində 4-2 hesabı ilə öndədir. Bu qarşılaşmaların bombardiri iki qol vuran Adil Nağıyevdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button