“Bu, həqiqətən səhv olardı” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum Premyer Liqadakı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, çempionluqla bağlı düşünmədiklərini bildirib:

“Artıq çempion olduğumuzu düşünmək istəmirik. Bu, həqiqətən səhv olardı. Əminəm ki, baş məşqçimiz Yurgen Klopp bizi düzgün yönləndirəcək, özümüz barədə düşünməli, yaxşı oynamalı olduğumuzu və hər qarşılaşmada meydanda əlimizdən gələni etməyimizi tapşıracaq. Əvvəllər etdiyimizi etməli və başqa komdanlara deyil, öz oyunumuza köklənməliyik. Biz başqalarının hərəkətlərinə nəzarət edə bilmərik. Qarşıdakı oyunlara hazır olduğumuzdan əmin olmalı və daha yaxşı nəticələr əldə etməyə çalışmalıyıq. Hər şeyin anidən dəyişə biləcəyini bilirik. Mövsümün sonunda harda olacağımızı görəcəyik”.

8 turdan sonra 24 xal toplayan “Liverpul” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və ən yaxın izləyicisi “Mançester Siti”ni 8 xal qabaqlayır.